hit counter joomla

Card to Card

"Card to Card"- xidməti müştərilərə banka yaxınlaşmadan bir kart hesabından digər kart hesabına köçürmə, kreditlərin ödənilməsi kimi əməliyyatlara imkanı yaradır. Bu cür köçürmələr rahat və ən qısa bir zamanda həyata keçirilir. Xidmətdən yararlanmaq üçün Mobil telefon, İnternet və ATM-lərdən istifadə olunur.

 

Pul vəsaitini göndərmək üçün Siz aşağıdakıları etməlisiniz:

 

  • Plastik kartınızı Bank of Azerbaijan-a məxsus Bankomata daxil etmək
  • Xidmətin dilini seçmək
  • Kartınızın PİN kodunu daxil etmək
  • Əsas menyuda Card to Card bölməsini seçmək
  • Köçürməni alan şəxsin kartının nömrəsini daxil etmək (16 rəqəm)
  • Köçürməni alan şəxsin kartının nömrəsini təkrar daxil etmək (16 rəqəm)
  • "Köçürüləcək məbləğin valyutasını" seçmək
  • Köçürmək istədiyiniz məbləği daxil etmək
  • Bütün verilənlərin düzgünlüyünü təsdiqləmək - bütün məlumat bankomatın displeyində əks olunacaq. (Əgər sorğuda səhvə yol vermisizsə, bankomatda "Cancel" düyməsini basın və bütün verilənləri yenidən daxil edin).
  • Çeki almaq

 

Pul vəsaitini almaq üçün Siz:

 

  • Pul vəsaitini göndərən şəxsə plastik kartınızın 16 rəqəmli nömrəsini bildirirsiniz
  • Pul vəsaitinin göndərilməsini gözləyib, pulu kartınızdan adi üsulla çıxarırsınız.
  • Pul vəsaitini istənilən bankomatdan ala bilərsiniz.
  • Pul vəsaitinin alınmasına görə bank Sizdən heç bir komissiya haqqı tutmur, komissiya yalnız, bankın mövcud tariflərinə əsasən, nağd pulun çıxarılmasına və konvertasiya əməliyyatına görə (əgər həyata keçirilibsə) tutulur.

 

Tariflər barədə ətraflı olaraq

 

 

 

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL