hit counter joomla

Vizyon

Azərbaycanın ən etibarlı, ən yenilikçi, ən şəffaf və ən yaxşı fərdi müştəri xidməti təqdim edən bankı olmağı hədəfləyirik.

Uğur prinsipi

Müasir bankçılıq ənənələrinin bərqərar olmasına çalışaraq müxtəlif çeşidli məhsul və xidmətlər təklif etməklə və müştərilərə yönəlik siyasətimizlə Azərbaycanda nümunəvi bank olmaq istəyirik. Biz bütün tərəfdaşlarımız - müştərilərimiz, səhmdarlarımız, işçilərimiz və ən əsası cəmiyyətimiz qarşısında məsuliyyətimizi dərk edirik.

Bu səbəbdən Azərbaycan bankları içərisində ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət siyasətini həyata keçirərək, əhalinin bankçılıq barədə maarifləndirməklə yanaşı, cəmiyyətimizin irəli getməsinə dəstək oluruq və insan qaynaqlarımızın inkişafına sərmayə yatırırıq.

Dəyərlər

Biz fəaliyyətimiz zamanı önəm verdiyimiz ən əsas dəyərlərimiz bunlardır:
Müştərilərimizin ehtiyac və gözləntilərini, gözlədiklərindən daha keyfiyyətli şəkildə qarşılamağa çalışırıq.
Biz dürüst bank və bankçılarıq.

İşimizdə şəffaflığa böyük önəm veririk. Gördüyümüz işlər barədə cəmiyyətimizi, müştərilərimizi, səhmdarlarımızı və işçilərimizi daima məlumatlandırırıq.

Müştərilərimizin məmnuniyyətinin işçilərimizin peşəkarlığından asılı olduğunu anlayaraq, onların inkişafına daima sərmayə yatırırıq və öz sahələrində ən yaxşı olmalarına çalışırıq.
Biz fərqliliyi sevirik və digərlərindən seçilmək üçün işimizdə daim yaradıcı olmağa çalışırıq.

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL