hit counter joomla

MobilBank


Mobilbank xidməti vasitəsi ilə bankın müştəriləri öz bank hesabı haqqında məlumatları mobil telefona almaq imkanı əldə edə bilər.

İndi MobilBank xidmətinin abonenti olmaq üçün mobil operatorlarının ofislərinə gedib Sim-kartı dəyişmək və banka müraciət etməyə daha ehtiyac yoxdur, ATM-dən qeydiyyat parolları çap etmək və telefona İnternet vasitəsi ilə xüsusi midleti (proqram təminatı) yükləmək kifayətdir. MobilBankın daha bir üstünlüyü bundan ibarətdir ki, təqdim edilən xidmətə təkcə Azərbaycanda fəaliyyət göstərən mobil operatorları yox, eləcə də xarici mobil operatorlarının qoşulması mümkündür. Xatırladırıq ki, MobilBank xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarda onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorlarının, İnternet provayderlərinin və kommunal şirkətlərinin xidmətlərini ödəmək imkanını yaradır.

Midleti link vasitəsi ilə yükləyə bilərsiniz.

MobilBank:


Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

  • Xidmət siyahısı
  • Kommunal xidmətlərin ödənişi
  • Mobil operator xidmətlərinin ödənişi
  • İnternet provayderlər xidmətlərinin ödənişi
  • Pulun kartdan karta köçürülməsi
  • Kartın bloklaşdırılması
  • Hesabdan çıxarışın alınması
  • Kartın balansı haqqında informasiyanın alınması
  • Sistemin üstünlükləri
  • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
  • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
  • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
  • Banka müraciət etmədən qoşulma imkanı

 


Sistemə qoşulma.


Bankomatın əsas menyuda "Xidmətlər" bölməsini seçin.

Sonra aşağıdakı linkə daxil olaraq midleti telefona yükləmək lazımdır

JAVA: MIDP-2.0 versiyası üçün

www.azericard.com/mb/boa.jad


JAVA BIS yəni yalnız BBM-ə qoşulmuş Blackberry telefonları versiyası üçün

www.azericard.com/mb/bis/boa.jad


Qeyd:
Abunəçi Xidməti deaktiv etmək üçün banka müraciət etməlidir.
Qoşulan kartların sayında məhdudiyyət yoxdur.
Kartların birini xidmətdən deaktiv etməsi üçün abunəçi banka müraciət etməlidir.
PİN kod unudularsa abunəçi MobilBank midletini telefondan pozub yenidən yükləməlidir və qeydiyyatdan yenidən keçməlidir. Yada PİN kodu 5 dəfə səhv yığmalıdır. 5 dəfə səhv yığılarsa, o zaman abunəçi qeydiyyat proseduru yenidən keçməlidir.
Ödəniş, köçürmə və s. əməliyyatlar icra olunduqda abunəçiyə bu barədə SMS notification gəlmir. Lakin abunəçi SMS Notification xidmətini ayrıca (ayrı bir xidmət kimi) aktivləşdirə bilər və buna görə abunəçidən SMS Notification xidmətinə görə ayrıca abunə haqqı (aylıq ödəniş) kartdan tutulacaq.
Telefon oğurlandığı halda abunəçi Azericard Müştəri Xidmətinə müraciət edərək Application-ı blok edə bilər. Bundan sonra təkrar qoşulma (qeydiyyat) prosedurunu keçirmək lazımdır. Həmçinin, Azericard Müştəri Xidmətinə müraciət etmədən yeni parolları çap edərkən köhnə application avtomatik bloklanır.

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL