hit counter joomla

Ədəbiyyata Sevginizi Dəstəkləyirik

«Bank of Azerbaijan» - «Ədəbiyyata sevginizi dəstəkləyirik»

«Bank of Azerbaijan» Azərbaycan Yazıçılar İttifaqı və «525-ci» qəzet ilə birgə «Ədəbiyyata sevginizi dəstəkləyirik» adlı yeni layihəyə start verir. Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu layihə müddətində «Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə cavan yazıçıların əsərləri dərc olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsi və cavan istedadların dəstəklənməsidir.

Dərc olunmuş kitablar ölkə kitabxanalarına, «Bank of Azerbaijan»-ın VİP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz çatdırılacaq. Beləliklə, unikal əsərlər geniş auditoriya üçün əlçatan olacaq.

«Bank Korporativ Sosial Məsulliyyətə xüsusi diqqət yetirir. Mədəniyyətlə əlaqədar olan layihələr KSM-də mühüm rol oynayır. Mədəniyyətin müxtəlif sahələrinin dəstəklənməsi «Bank of Azerbaijan»-ın yaxşı ənənəsinə çevrilir. Biz əminik ki, hər bir vətəndaş Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verməlidir», - deyə Bankın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə bildirdi.

«Bank of Azerbaijan»-ın bu layihədə iştirakını Azərbaycan Yazıçılar İttifaqının katibi, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid yüksək qiymətləndirdi.

«Ədəbiyyatı, yazıçıları dəstəkləyən hər bir biznes-qurum dərin hörmətə layiqdir. Bu layihə, mənəvi dəyərlərin saxlanılmasına və ölkəmizin gələcək nəsillərinə dəstək göstərilməsinə öz töhfəsini verəcək. İnanmaq istəyirəm ki, gələcəkdə ədəbiyyatı dəstəkləyən biznes-qurumların sayı getdikcə artacaq», - deyə, Rəşad Məcid qeyd etdi.

Xatırladaq ki, Bank, müxtəlif mədəniyyət tədbirlərinin dəstəklənməsi çərçivəsində artıq bir sıra aksiyaları reallaşdırıb. Cari ilin sentyabr ayında «Bank of Azerbaijan» Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olan «Şərq-Qərb» kinofestivalının rəsmi sponsoru qismində çıxış etmişdir. «Şərq-Qərb» festivalının təşkilatçılığı çərçivəsində Bank «Mədəniyyətə olan sevgini dəstəkləyirik» şüarı altında geniş miqyaslı kampaniya keçirib. Yaxın gələcəkdə «Bank of Azerbaijan» həmçinin «Təbiətə sevginizi dəstəkləyirik», «Uşaqlara sevginizi dəstəkləyirik», «Şəhərə sevginizi dəstəkləyirik» və s. şüarları altında bir sıra maraqlı Sosial layihələrin reallaşdırılmasını planlaşdırır.

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL