Bank rəhbərinin müraciəti
"Bank of Azerbaijan"-ın yeni korporativ saytına xoş gəldiniz!
Azərbaycanın
maliyyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» olaraq
Sizin diqqətinizə yeni korporativ saytımızı təqdim edirik. Yeni sayt
Bank əməkdaşlarının uzunmüddətli və çox zəhmətli işinin və peşəkarlarla
və Sizinlə - bizim auditoriya ilə bir neçə ay ərzində aparılan
müzakirələrin nəticəsidir.
Bizim əsas məqsədimiz sizin üçün
istifadəsi rahat, barəmizdə istədiyiniz məlumatı əldə etməyə imkan
yaradan sayt təqdim etməkdir.
Bu sayt Sizin üçün yaradılıb! Biz arzulayırıq ki, www.bank.az saytı, Sizin peşəkar formatda təqdim olunmuş, mətn, video və şəkillər
daxil olmaqla, bank xəbərləri, məlumatlar və təhlil dünyası olan «Bank
of Azerbaijan»-a vizit kartınız olsun. Bankımız, fərdi və korporativ
müştərilər üçün xidmət və məhsullarımız barədə ən son məlumatları bu
sayt üzərindən əldə edə bilərsiniz.
Nedim Kaşkal, "Bank of Azerbaijan"-ın İdarə heyətinin sədri
Rəsmi Məzənnələr
21.05.2012









