hit counter joomla

Mədəniyyətə Sevginizi Dəstəkləyirik

«Bank of Azerbaijan» «Şərq-Qərb» Bakı Beynəlxalq Film Festivalının rəsmi tərəfdaşıdır

Bu ilin 18 sentyabrda Heydər Əliyev Sarayında «Bank of Azerbaijan»-ın dəstəyi ilə ХI «Şərq-Qərb» Bakı Beynəlxalq Film Festivalının rəsmi açılışı baş tutacaq.

«Şərq-Qərb» Beynəlxalq Film Festivalının əsas ideyası mədəniyyətlərarası dialoqun qurulmasıdır. Azərbaycanın ən iri banklarından biri olan «Bank of Azerbaijan», bu cür mühüm tədbirin ölkənin mədəni həyatında əhəmiyyətini dərk edərək, «Şərq-Qərb» film festivalının rəsmi tərəfdaşı olacaq. «Bank of Azerbaijan» festivalın təşkili çərçivəsində «Mədəniyyətə Sevginizi Dəstəkləyirik» şüarı altında reklam kampaniyasına start verib.

«Bank of Azerbaijan»-da əmindirlər ki, mədəniyyətə olan sevgi həyatın çoxsaylı sahələrində nail olacağımız uğurun zəminidir. Və məhz mədəniyyətə olan sevgi hər birimizdə həyatın həqiqi dəyərlərini tərbiyə edir.

XI «Şərq-Qərb» Bakı beynəlxalq kinofestivalının proqramı həddindən artıq dolğun və maraqlıdır. «Bank of Azerbaijan» Azərbaycanın bütün kinosevərlərini «Şərq-Qərb» festivalında fəal iştirak etməyə çağırır. «Bank of Azerbaijan»-la yanaşı kinofestivalın keçirilməsinə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və digər təşkilatlar da dəstək verdilər. Xatırladaq ki, 1996-cı ilin okyabrın 23-də Respublika Sarayında Kinematoqrafçılar İttifaqının Konfederasiyasının dəstəyi ilə Azərbaycanın Kinematoqrafçılar İttifaqının və Azərbaycanda Dünya Kinosunun Yüzilliyi Fondu ilə təşkil olunmuş birinci festivalın açılışı keçirilmişdir. 1998-cu ildən başlayaraq isə, təsisçilərin qərarı ilə festivala «Şərq-Qərb» Bakı Beynəlxalq kinofestivalı adı verildi.

Müsabiqənin effektiv təşkili məqsədilə Azərbaycan marketoloqlar icmasının bir araya gəldiyi www.mak.az internet-resursunda müsabiqəyə həsr olunmuş mövzu açılmışdır. Müsabiqə zamanı 100-dən çox iştirakçı 1000-dən artıq şüar göndərmişdir. Bütün təqdim olunan şüarlar bankın rəhbərliyi tərəfindən təhlil olunmuşdur. Bank rəhbərliyinin qərarına əsasən təqdim olunmuş şüarlardan heç biri hal-hazırda bankın vizyon və məqsədlərinə tam cavab vermir.

Bankın şüarının seçilməməsinə baxmayaraq, bankın rəhbərliyi bu müsabiqəyə olan yüksək marağı nəzərə alaraq müsabiqənin ən fəal iştirakçılarını dəyərli hədiyyələrlə təltif etmək qərarını verdi.

"Biz, öz şüarlarını göndərən bütün cavan marketoloqlara dərin minnətdarlığımızı bildiririk. Bankın şüarının seçilməməsinə baxmayaraq, biz müsabiqədə fərqlənən cavanları mükafatlandırmaq qərarına gəldik. Belə ki, təqdim olunmuş şüarlardan Fərhad Qafarzadənin şüarı daha çox ürəyimizcə oldu. Bu iştirakçı Kiyevdə "Dəyişikliklər dövründə idarəetmə və marketinq" mövzusunda keçirilən master-klassda iştirak edəcək. Biz, müsabiqədə fəal iştirak edən və öz təkliflərini bizə göndərən hər bir şəxsə təşəkkürümüzü bildiririk", - deyə "Bank of Azerbaijan"-ın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə qeyd etdi.

Bundan başqa, cənab Şərifzadənin sözlərinə əsasən, Orxan Yusifov və Mustafa Məmmədov da bu müsabiqədə fərqləniblər. Onlar hesabında pul vəsaiti olan bankın qızıl plastik kartlarına sahib olacaqlar.

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL