Peşənizə Sevginizi Dəstəkliyirik
«Bank of Azerbaijan» ən yaxşı korporativ şüar üzrə müsabiqənin nəticələrini elan etdi
"Bank
of Azerbaijan" www.mak.az saytı ilə birgə Bank üçün ən yaxşı korporativ
şüar üzrə açıq müsabiqənin nəticələrini elan etdi.
Xatırladaq
ki, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində müxtəlif peşə
icmalarına dəstək göstərən "Bank of Azerbaijan" cari ilin avqust ayının
əvvəlində Azərbaycanda ilk dəfə olaraq gənc marketoloqlar üçün unikal
imkan yaratdı. Belə ki, ölkənin dörd gənc və perspektivli marketoloqu
bankın dəstəyi ilə Ukraynanın paytaxtı olan Kiyev şəhərində Filipp
Kottlerin sentyabr ayının 16-da keçiriləcək "Dəyişikliklər dövründə
idarəetmə və marketinq" mövzusunda master-klassında iştirak etmək
imkanını qazandılar.
Marketoloqlar cəmiyyətinin 3 üzvü ilə
yanaşı Filip Kotlerin master-klassında iştirak etmək imkanını korporativ
şüar üzrə keçirilən müsabiqənin qalibi də əldə edirdi.
Rəsmi Məzənnələr
21.05.2012









