hit counter joomla

Sənədli Akkreditivlər

Sənədli akkreditiv əsasən idxal-ixrac əməliyyatlarında geniş istifadə olunan hesablaşma formasıdır. Sənədli akkreditiv Bankın şərti olaraq geri çağrılmayan pul vəsaitinin ödənilməsi üzrə öhdəliyi olub, Aplikantın tapşırığı ilə Benefisiarın xeyrinə buraxılır. Pul vəsaiti bir şərtlə ödənilir ki, Benfisiar da öz növbəsində Banka sənədli akkreditivdə qeyd olunmuş sənədləri ciddi şəkildə sənədli akkreditiv şərtlərinə uyğun olaraq təqdim etsin.

Beləliklə, Bank benefisiardan sənədli akkreditivdə əvvəlcədən razılaşdırılmış sənədləri aldıqdan sonra ödənişi onun xeyrinə həyata keçirməklə alıcı və satıcı arasında vasitəçi rolunu oynayır.

Sənədli akkreditiv üzrə aparılan əməliyyatları tənzimləyən beynəlxalq qaydalar mövcuddur, bu qaydalar Beynəlxalq Ticarət Palatasının ("Sənədli akkreditivlər üçün unifikasiya olunmuş Qaydalar və Ənənələr"ə) 600 saylı nəşrinə uyğun olaraq tənzimlənir.

Sənədli Akkreditivin iki forması mövcuddur:

Təsdiq olunmamış sənədli akkreditiv - O növ sənədli akkreditivdir ki, pul vəsaitinin ödənilməsi üzrə öhdəliyini yalnız bank emitent daşıyır, bununla benefisiar bankı (satıcının xidmət olunduğu bank) sadəcə olaraq, sənədli akkreditiv şərtlərini öz tərəfindən ödəniş və ya vekselin aksepti üzrə heç bir öhdəlik götürmədən Satıcıya (Benefisiara) məlumat verir.

Təsdiq olunmuş sənədli akkreditiv - sənədli akkreditiv hansına ki, təsdiqedici bank sənədli akkreditiv üzrə ödənişi həyata keçirmək və ya köçürmə vekselini qəbul etmək üzrə emitent bankın öhdəliyinə özünün öhdəliyini əlavə edir.
Bəzən, Benefisiar Aplikantdan onun xeyrinə buraxılacaq akkreditivin özünün yerləşdiyi ölkənin bankında və ya birinci dərəcəli xarici bankda təsdiq olunmasını tələb edir.. Nəzərə alaraq ki, emitent bankın və ya aplikantın yerləşdiyi ölkənin riskləri benefisiar üçün məqbul deyil, bununla aplikant emitent bankı təsdiq olunmuş sənədli akkreditiv buraxılması haqqında təlimatlandırır.


Bank of Azerbaijan ASC tərəfindən sənədli akkreditivlər üzrə müştərilərə aşağıdakı məhsullar və xidmətlər göstərilir :

İdxal sənədli akkreditivlərin buraxılması
İxrac sənədli akkreditivlərin avizo alunması və ya təsdiq olunması
Peşəkar mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi


Sənədli Akkreditivin üstünlükləri

Alıcı üçün üstünlükləri:

  • Satıcı akkreditiv şərtlərində göstərilən sənədləri təqdim etməyənə qədər akkreditiv üzrə ödənişi əldə etməyəcək
  • Akkreditiv Alıcının öz vəsaiti hesabına, o cümlədən bank tərəfindən təqdim edilən kredit/kredit xətti hesabına açıla bilər
  • Alıcı ödənişə qarşı təqdim ediləcək sənədləri müəyyən edir
  • Sənədlərin təqdim olunması və malın göndərilmə müddətlərini məhdudlaşdırmaq imkanı mövcuddur

Satıcı üçün üstünlükləri:

  • Alıcının ödəniş üzrə öhdəliyinə akkreditiv açan Bankın öhdəliyi əlavə olunur ki, bu öhdəlik də öz növbəsində Satıcı və Alıcı münasibətlərindən asılı deyildir
  • Əgər akkreditiv təsdiqlənirsə , bu halda ikinci bankın ödənişə qarantiyası olur
  • Satıcı akkreditiv şərtlərini yerinə yetirdiyi təqdirdə, ödəniş riski demək olar ki, mövcud olmur

 

Rəsmi Məzənnələr

21.05.2012

1 USD
1 EUR
1 GBP
1 TRL
1 RBL