BOA Agency

Operativ həll yolu

Yığımlar

Sifarişçinin mövcud probleminə peşəkar yanaşma

Analiz

Ən uyğun yığım modelini müəyyən etmək üçün məlumatları təhlil edirik.

Hüquq xidmətləri

Biz yalnız müvafiq qanunvericilik çərçivəsində çalışırıq.

Haqqımızda

Agentlik yüksək keyfiyyət standartlarına cavab verən peşəkar borcların yığılması xidmətləri göstərir və Müştərilərlə aşağıdakı prinsiplər əsasında əlaqələr qurur:
• Uzun müddətli öhdəlik;
• Qarşılıqlı fayda;
• Dürüstlük;
• Öhdəliklərin toxunulmazlığı;
• Qarşılıqlı inam və hörmət;
• Borcluların şəxsi məlumatlarının işlənməsinin təhlükəsizliyi.

İqtisadiyyatın müxtəlif sahələrində borcların yığılması sahəsində uzun illərin uğurlu təcrübəsinə əsaslanaraq Agentliyin yaratdığı sənaye tərəfdaşlığı proqramları hər bir ixtisaslaşdırılmış sahəyə müraciət edir.

Azərbaycanda sivil borc yığım xidmətləri bazarının yaradılmasının başlanğıcında bizim bir çox əməkdaşlarımız dayanıb.
Effektiv kolleksiya fəaliyyəti üzrə toplanmış təcrübə və peşəkar nailiyyətlər Agentliyə biznes ictimaiyyətində fəal mövqe tutmağa imkan verir.

Biz bu kimi anlayışları yüksək dəyərləndirir və qiymətləndiririk
Dürüstlük, uzunmüddətli öhdəlik, öhdəliklərin toxunulmazlığı.
Şikrətimiz müştərilərlə əlaqələri bu təməl üzərində qurur.
Qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı yardım.
Bu anlayışlar birlikdə korporativ mədəniyyətin əsasını təşkil edir - əməkdaşlarımız fəxrlə “biz!” deyirlər.
Qanunilik, məsuliyyət, ədalət və insanlıq.
Bunlar bizim peşəkar fəaliyyət standartlarımızdır.
Müştərilərə borc yığmlarında peşəkar xidmətlərinin göstərilməsi və işçilər üçün özünü realizə imkanları
Şirkət fəaliyyətinin prioritetlərini belə müəyyən etmişdir.
Müştərilər və işçilər bizim bərabər dəyərlərimizdir.
Biz missiyamızı onlar arasında yaradıcı tərəfdaşlıq vasitəsilə bəzilərinin problemli aktivlərinin idarə olunmasının səmərəliliyini artırmaq və digərlərinin peşəkar istəklərini həyata keçirmək kimi görürük.
Biz Azərbaycanın borc yığmları bazarında liderik və Müştərilərimizin xeyrinə komandamızın bütün üzvlərinin səmərəli qarşılıqlı fəaliyyətini uğurumuzun açarı hesab edirik.

Pərakəndə və korporativ kreditləşmənin artması ilə banklar və digər maliyyə bazarı iştirakçıları vaxtı keçmiş borcların yaranması və həcminin artması problemi ilə üzləşirlər. Müştərilərimiz sırasında aktivlərin həcminə və kreditləşmənin həcminə görə bank sektorunun liderlərindən olan iri banklar vardır və onların maraqlarına uyğun olaraq Şirkətimizverilmiş kreditlər üzrə borcları effektiv şəkildə yığır.
Təklif kimə ünvanlanıb?
Banklara;
Bank olmayan maliyyə institutlarına;
Mikromaliyyə təşkilatlarına;
digər sahibkarlıq subyektlərinə.

Göstərilən xidmətlərin siyahısı
müxtəlif müddətli gecikmələri olan borc, faiz, cərimələr və dəbbələrin məhkəməyəqədər və icra icraatı mərhələsində peşəkar və hərtərəfli kompleks formatda yığılmasına dəstək;
banklardan və digər maliyyə institutlarından vaxtı keçmiş debitor borcların (tələblərin) satınalınması;
borc portfelinin idarə edilməsi və kolleksiya sektorunun işinin təşkili üzrə məsləhətləşmələr.

Yığılan borcların növləri
kredit kartlarından istifadə zamanı yaranan kreditlər;
pərakəndə kreditlər (ipoteka kreditləri, avtomobil kreditləri, POS kreditləri, nağd pul kreditləri);
hüquqi şəxslərə və fərdi sahibkarlara verilmiş kreditlər və borclar üzrə;
faktorinq xidmətlərinin göstərilməsi prosesində yaranan borclar.

Proqramın realizasiyası müddəti
Portfelin xüsusiyyətlərindən (borcların növləri, vaxtı keçmiş dövrlər, borcluların xüsusiyyətləri), habelə borcun tələbetmə mərhələsindən asılı olaraq reyestr üzərində iş 3 aydan 6 aya qədər davam edir.

Xidmətlərin dəyəri
Mükafatlandırma dərəcəsi gecikmə müddətindən, verilən kreditin növündən və borc üzrə görülməli zəruri tədbirlərinin həcmindən asılıdır. “BOA Agency” ASC-nin xidmətləri Müştərinin cari hesablarına vəsait daxil olduqdan sonra ödənilir. Tələb hüquqlarının əldə edilməsi zamanı endirimin həcmi portfelin hərtərəfli qiymətləndirilməsindən sonra müəyyən edilir.

“BOA Agency” ASC ilə əməkdaşlığın üstünlükləri
Bizimlə əməkdaşlıq müştərilərimizə aşağıdakılara imkan verir:
- vaxtı keçmiş borcların həcmini və onların qaytarılması müddətlərini azaldılmasına;
- kredit portfelinin idarə edilməsinin səmərəliliyinin artırılmasına;
- maliyyə hesabatının göstəricilərinin təkmilləşdirilməsi, mümkün kredit itkiləri üçün yaradılmış ehtiyatların azaldılması;
- kredit borclarının yığılması ilə bağlı prosedur xərclərinin optimallaşdırılması;
- borclularla qarşılıqlı əlaqə zamanı yaranan reputasiya risklərindən qaçılması

Müştərinin maraqlarının üstünlüyü
Müştərinin maraqları və onun reputasiyası Şirkətimiz üçün birinci yerdədir. Bu yanaşma bizə Müştərinin bizim qarşımızda qoyduğu vəzifələri maksimum məhsuldarlıqla həll etməyə imkan verir.

Effektiv yığımlarda uzun illər təcrübəsi
Müştərilərin fikrincə, “BOA Agency” ən effektiv borc toplama agentidir. Bu, əməkdaşlarımızın bilik və bacarıqları ilə yanaşı qabaqcıl yığım texnologiyalarından istifadənin nəticəsidir.

Etibarlı ixtisaslaşmış infrastrukturun bütün kompleksi
Şirkət bir-biri ilə əlaqəli olduqda peşəkar borc yığım sistemini təşkil edən vahid elementlər sisteminə malikdir:
1. Bakı və Gəncə şəhərlərində 24/7 səmərəli məsafədən yığımın aparılmasına imkan verən tam avtomatlaşdırılmış yüksək texnologiyalı iki əlaqə mərkəzləri borclulara zənglər ciddi şəkildə iş saatları ərzində həyata keçirilir, əlaqə mərkəzlərinin əməkdaşları 24/7 rəy üçün hazırdır.
2. Ölkənin istənilən nöqtəsində borclularla məhsuldar şəxsi əlaqənin təmin edilməsi. İşçilərimiz Astaradan Xaçmaza, Abşerondan Qazaxadək xidməti səfərə daim hazırdırlar, məhkəmə və icra qurumlarında borcların tutulması üzrə qurulmuş uyğun texnologiyalar və ixtisaslı kadrlar. Bu məhkəmələrdə və yerli icra qurumlarında müştərilərin maraqlarını uğurla təmsil etməyə və yığım həcmlərini artırmağa imkan verir.

Qabaqcıl informasiya texnologiyaları
Şirkət yüksək performans standartlarına, habelə fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin tələblərinə cavab verən yüz minlərlə borc faylını emal etməyə imkan verən proqram həllərindən istifadə edir.

Nəticələri və işin vaxtını proqnozlaşdırmaq bacarığı
Borclular haqqında məlumatların hərtərəfli təhlili və öz skorinq proqramından istifadə etməklə onların seqmentləşdirilməsi bizə müxtəlif debitor qrupları ilə işləyərkən maksimum nəticə əldə etmək üçün zəruri olan ən effektiv strategiyaları tez müəyyən etməyə və tətbiq etməyə imkan verir.

“BOA AGENCY” ASC yüksək, peşəkar işçilərdən ibarət komandanı və borcların yığılması üçün müasir sistem texnologiyalarını özündə birləşdirən, müştərilərin maraqlarına cavab verən, borcların yığılması üzrə biznes subyektidir. “BOA AGENCY” ASC, fəaliyyətini ölkənin istənilən regionunda həyata keçirir və səmərəliliyi və fəaliyyət həcminə görə Respublikada liderdir. Şirkət Müştərilərlə işləməkdə çevikliyi, qiymətlərə balanslı yanaşması, eləcə də mövcud qanunvericiliyə ciddi riayət etməsiyi ilə seçilir. Biz, dövlət qeydiyyatına alınmış “Tabus” fərdi informasiya sisteminə əsaslanan qabaqcıl proqram təminatlarından istifadə edirik ki, onun arxitekturası telefoniya sahəsində dünya lideri olan “Genesys” şirkətinin aparat və proqram təminatı kompleksi ilə inteqrasiya olunmuş bütün kolleksiya vasitələrindən səmərəli istifadə etməyə imkan verir. Şirkətimiz həmçinin borcların yığılması prosesində yüksək göstəricilərin əldə olunmasını təmin edən özünün qiymətləndirmə sistemindən də istifadə edir. Şirkətimiz əsas iki istiqamətdə fəaliyyət göstərir: Birinci və əsas istiqamət müxtəlif maliyyə borcları üzrə tələb hüquqlarının satın alınmasıdır. Hazırda portfelimizə ümumi məbləği 200 milyon manatdan çox olan 200 mindən çox tələb hüququ daxildir. İkinci istiqamət maliyyə borclarının yığılması üzrə tələbkarlara kommunikativ, təşkilati və informasiya dəstəyi üzrə xidmətlərin göstərilməsidir. Biz Azərbaycan bazarının bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biriyik. 2011-ci ildən etibarən, Azərbaycanın maliyyə sektorunun bir sıra aparıcı qurumlarına, pərakəndə və topdan ticarətlə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə iqtisadiyyatın müxtəlif sahələrində istehsalla məşğul olan müəssisələrə borcların yığılması üzrə xidmətlər göstəririk.