BOA Agency

Operativ həll yolu

Yığımlar

Sifarişçinin mövcud probleminə peşəkar yanaşma

Analiz

Ən uyğun yığım modelini müəyyən etmək üçün məlumatları təhlil edirik.

Hüquq xidmətləri

Biz yalnız müvafiq qanunvericilik çərçivəsində çalışırıq.

Fəaliyyətimiz

BOA Agency — peşəkar hüquqşünaslardan, maliyyə və risk mütəxəssislərindən ibarət komanda ilə işləyir. İşimizin əsasında analitik yanaşma, dünya səviyyəsinde tanınmış rəqəmsal idarəetmə sistemləri və səmərəli kommunikasiya modelləri dayanır. Bizim məqsədimiz sadəcə borcu qaytarmaq deyil, tərəfdaşlarımız üçün uzunmüddətli etibarlılıq və maliyyə sabitliyi yaratmaqdır.
a. Nəticəyə yönəlmiş metodologiya
BOA Agency borc portfellərinin idarə edilməsində sistemli, mərhələli və məlumat əsaslı yanaşma tətbiq edir. Hər bir proses dərin analitika, müasir texnologiya və peşəkar komanda işi üzərində qurulub. Məqsəd – maksimum yığım göstəricilərinə minimum zaman ərzində nail olmaqdır.
b. Müştərilərimiz
Banklar və Bank olmayan kredit təşkilatları (BOKT) BOA Agency ASC banklar və bank olmayan kredit təşkilatları üçün problemli kredit portfellərinin idarə edilməsi və bərpası sahəsində böyük təcrübəyə malikdir. Xidmətlərimizə borc öhdəliklərinin analizi, risklərin qiymətləndirilməsi, soft və legal collection mərhələlərinin həyata keçirilməsi, eləcə də məhkəmədə və icra orqanlarında peşəkar təmsilçilik daxildir. Bizim məqsədimiz — tərəfdaşlarımızın maliyyə dayanıqlığını qorumaq, pul axınını bərpa etmək və problemli aktivlərin idarə edilməsində şəffaflıq təmin etməkdir.
c. Sığorta şirkətləri
Sığorta sektorunda biz regress və subroqasiya tələblərinin effektiv icrası üzrə ixtisaslaşmışıq. BOA Agency avtomobil, əmlak və digər növ sığorta hadisələri üzrə geniş miqyaslı işlərin idarə edilməsini həyata keçirir. Proseslər müasir məlumat bazaları, analitik alətlər və hüquqi koordinasiya mexanizmləri ilə dəstəklənir ki, bu da maksimum yığım göstəriciləri və əməliyyat səmərəliliyi ilə nəticələnir.
d. Digər kommersiya təşkilatları
Biz həmçinin xidmət və ticarət sektorunda fəaliyyət göstərən şirkətlərə də borcların idarə olunması, kreditor və debitor balanslarının bərpası istiqamətində dəstək veririk. Hər bir tərəfdaş üçün sahə spesifik yanaşma tətbiq edərək, əməkdaşlıq modellərini biznesin xüsusiyyətlərinə uyğun qururuq.